“Azərbaycan Ordusu bu işi özü həll edəcək” - Deputatdan Kəlbəcərlə bağlı SƏRT AÇIQLAMA

Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabra qədər vaxt istəyib. Humanizm mövqeyi nöqteyi-nəzərindən Azərbaycan Ermənistana daha 10 gün möhlət verib.
Bəs, 10 günlük möhlət istəyi ermənilərin növbəti hiyləsi ola bilərmi?
Bu barədə millət vəkili Fazil Mustafa ermənilərin istənilən hiyləsinə qarşı sərt tədbirlərin görüləcəyini bildirib:
“Ermənilər dekabr ayının 1-nə qədər istədikləri hiyləni, təxribatı edə bilərlər. Lakin bunu edəcəkləri təqdirdə onların başına “Osmanlı yumruğu” dəyəcək. Bəlkə ozaman başa düşərlərlər ki, Azərbaycanla hiylə və təxribat dili ilə danışmaq olmaz. Necə ki, 30 il-dən sonra ağır zərbəni aldılar. Bizə lazımdır ki, onlar dekabrın 1-nə qədər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Əgər yerinə yetirməsələr, Azərbaycan öz bildiyi kimi hərəkət edəcək”.
Millət vəkili Ermənistana 10 günlük möhlətin verilməsinə görə vətəndaşların narahatlığına da toxunub:
“İnsanların narahat olmaları normalıdır. Məncə, elə narahat olsalar yaxşıdır. Çünki bu naratlıq hissi ilə porseslərə daha çox dəstək verib, mübarizəni davam etdirəcəklər. Unutmamalıyıq ki, məsələ hələ tam həll olunmayıb, müharibə qurtarsa da, erməilər dayanmayıb. Bu baxımdan biz rahat olmamalıyıq və sona qədər mübarizəni davam etdirməliyik”.
F.Musafa bildirib ki, əgər Rusiya erməni qoşunlarını Dağlıq Qarabağdan çıxara bilməsə, Azərbaycan Ordusu bu işi özü həll edəcək:
“Biz Rusiya ilə hansısa konfiliktə getmədən, ermənilərin çıxarılması məsələsinin onların öhdəsinə buraxdıq. Təbii ki, həll edə bilməsələr, Azərbaycan bu məsələdə öz mövqeyini ortaya qoyacaq. Bunun başqa yolu yoxdur. Lakin hələlik qoyulan müddətin sona çatmasını gözləməliyik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2020, 19:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-11-2020, 19:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT