“Xankəndində bir nəfər də olsun ermənini vəzifəyə qoymaq olmaz!...” - Rasim Balayev

Xalq artisti, aktyor Rasim Balayev qələbə sevincini bölüşüb.
Xalq artisti Musavat.com-a açıqlamasında 30 il düşmən işğalında olan torpaqların rəşadətli Ordumuz tərəfindən 44 gün ərzində azad olunmasının onun üçün gözlənilməz olduğunu deyib: “Çox gözlənilməz, ağlasığzmaz oldu. Sürətlə torpaqlarımızı geri aldıq. Bu 30 ildə nələr çəkdik. Amma 44 gün ərzində bütün bunların hamısı həll olundu. Halal olsun Ali Baş Komandanımıza, Ordumuza, əsgərlərimizə! Çox şükürlər olsun ki, mən bu günü gördüm”.
Rasim Balayev Şuşanın alınmasını böyük sevinclə qarşıladığını bildirib: “Şuşa alınanda çox sevindim. Təkcə Şuşa deyil, digər torpaqlarımız alındıqca böyük sevinc yaşayırdım. Paralel olaraq evlərin dağıldığını görəndə çox pis olur, əsəb gərginliyi keçirirdim. İnsanlar illərlə o torpaqlarda, qurduqları evlərdə yaşabıylar, indi həmin evlərin dağıdıldığını, viran qaldığını görüb ağır hisslər keçirdilər. Yəni, həm sevinirdim, həm əsəbləşirdim. Lakin çox şükür olsun ki, biz qalib gəldik!”
Rasim Balayev qeyd edib ki, düşmənlə birlikdə yaşamalı olduqda ehtiyatı əldən vermək olmaz: “Hərdən düşünürdüm ki, Qarabağ da Zəngəzura oxşayacaq, daha əldən getdi. Şükürlər olsun ki, ermənilərin dərsini verdik, onları başa salmağa çalışdıq. Lakin deyim ki, onlar anlayan, başa düşən millət deyil. Yenə də işğalçılıq, qəsbkarlıq hisslərini ürəklərində gəzdirirlər. Nə vaxtsa 30-50 ildən sonra yenə də öz təxribatlarını həyata keçirməyə çalışacaqlar. “Böyük Ermənistan” xülyası həmişə onların ağlındadır. Ona görə də həmişə ehtiyatlı olmalıyıq. Xankəndində bir nəfər də olsun ermənini vəzifəyə qoymaq olmaz. İndi həmin ərazilərdə qaçıb-getməyə və ya başqa yerdə yaşamağa imkanı olmayan ermənilər yenə də qayıdıb gələcəklər. Onların həlledici vəzifələrə təyin olunmasına imkan vermək olmaz".
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2020, 00:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-11-2020, 00:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir