Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb

Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə bildirilib ki, bu məlumatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib.
Layihənin ideya müəllifi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd edib ki, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.
Dövlət tərəfindən qeydə alınan 903 abidə arasında həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli abidələr var. Həmçinin bu ərazidə 1647 dövlət qeydiyyatında olmayan abidələr yerləşir.
F.İsmayılov daşınan abidələrə vurulan ziyanın milyardlarla ABŞ dolları həcmində olduğunu bildirir.
Layihə müəllifi ermənilər tərəfindən işğal olunan ərazilərdə erməni xaçdaşlarının yerləşdirilməsi, alban xaçdaşlarının mənimsənilməsi, erməni kilsələrinin inşası və alban memarlıq abidələrini dəyişdirib erməniləşdirilməsi nəticəsində Azərbaycan torpaqlarının öz adlarına çıxarıldığını da açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2020, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-11-2020, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir