“Azərbaycan Ordusu yüksək peşəkarlığa malikdir” - Hulusi Akar
Öz torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəni davam etdirən Azərbaycan Türkiyə üçün sadəcə dost ölkə deyil, qardaş ölkədir. Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İstanbulda Milli Müdafiə Universitetində növbəti təhsil ilinin açılışında deyib.
Türkiyə nazirinin sözlərinə görə, danışıqlar prosesi zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ və Fransa) Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verə bilməyiblər. Ermənistan isə əksinə, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə, işğal olunmuş ərazini genişləndirməyə çalışdı.

"Bakının səbri tükəndi, Azərbaycan Ordusu əks-hücuma keçdi və bu, uğurla davam edir", - deyə Akar qeyd edib.
“Azərbaycan Ordusu yüksək peşəkarlığa malikdir və beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Zərbələr yalnız işğalçı qüvvələrin mövqelərinə endirilir. Ermənistan Silahlı Qüvvələrinə qarşı əməliyyatlar mümkün qədər dəqiq aparılır, Ermənistan isə bütün dünya ictimaiyyəti qarşısında Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur, günahsız mülki şəxslər ölür”, - deyə Hulusi Akar vurğulayıb.
Nazir Ermənistanın terror təşkilatları ilə, o cümlədən PKK ilə sıx qarşılıqlı fəaliyyətinə diqqət çəkib.
"Yerevan terrorçulara, xüsusilə də PKK-ya həmişə kömək edib. Bu, faktdır. PKK terrorçularının bir qismi işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi məqsədilə Ermənistana dəvət olunub..."-deyən Akar, Ankaranın Bakının ədalətli mövqeyini bundan sonra da sıx dəstəkləyəcəyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-11-2020, 23:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-11-2020, 23:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir