“İnfeksiyaya yoluxan bütöv ailələr var” - Həkimdən HƏYƏCAN təbili

Son bir həftə ərzində ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı hər gün artaraq çox yüksək həddə çatıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların pandemiya dövrünün qaydalarına əməl etməməsi və sosial məsuliyyət hissini itirməsidir.
Bunu mövcud vəziyyəti şərh edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib:
“Koronavirusun ölkəmizdə təzə yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı. Həm də o vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınçılıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var. Hazırda xəstəxanada müalicə olunan baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə olunurlar. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də xəstələndirir. Bir də onda duyuq düşürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, belə olanda artıq onun özünü və ətrafdakıları qoruması gec olur”. (Azərtac)
Professor əhalini indiki kritik şəraitdə ehtiyatla davranmağa, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etməyə çağırıb. Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-11-2020, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-11-2020, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir