Türkmənbaşının imic qayğısı – Videomontajlar necə ifşa olunub?

Deyəsən, beynəlxalq mediada necə işıqlandırıldığı Türkmənistanı narahat edir. Ən azından əgər prezidentin imici təhlükə altındadırsa.
Avqust ayında prezident Qurbanqulu Berdıməhəmmədovun məşhur boulinq oyunundan sonra onun ünvanına çoxlu sarkastik zarafat səsləndirilib. Xüsusən Amerikanın “Comedy Central” kanalında yayımlanan “Daily Show” proqramında. Belə ki, dövlət başçısının imicini yüksəltmək məqsədilə dövlət televiziyası prezidentin ard-arda bir neçə strayk vurduğunu göstərib. Ancaq məlum olub ki, bu “idman uğuru” əsassız videomontajdan başqa bir şey deyil. Bu barədə “Eurasianet.org” saytı yazır.
Bu həftə Berdıməhəmmədov yenidən boulinq-mərkəzdə görünüb. Onun həqiqətən keqllərə qənim kəsildiyini sübut etmək, şübhəyə yer qoymamaq üçün bu dəfə zərbələr fasiləsiz yayımlanıb.
Hökumət növbəti defisit və iqtisadi durğunluq ilinin başa çatması münasibətilə müsbət ab-hava yaratmağa çalışır. Amsterdamda yerləşən, ərzaq çatışmazlığı ilə bağlı yaranan problemləri işıqlandıran “Turkmen.news” saytı dekabrın 15-i məlumat verib ki, hökumət bazarları ərzaq məhsulları ilə doldurmağa başlayıb. Yeganə çətinlik nağd pul çatışmazlığıdır. Yayda “RFE/RL” məlumat vermişdi ki, bir qayda olaraq, bankomatlar səhər ertədən boşaldılır, çünki insanlar pul çıxarmaq ümidilə səhər tezdən növbəyə durmaq məcburiyyətindədirlər.
“Turkmen.news” bank kartları haqqında müxtəlif xəbərlər verir. Məlum olub ki, indi spekulyantların dövrüdür. Noyabrın sonundan “Türkmenvneşekonombank” adı ilə tanınan Dövlət Xarici İqtisadi Fəaliyyət Bankı “Visa” kart sahiblərinə xaricdən əməliyyat həyata keçirməyə icazə verib. Türkmən manatının rəsmi məzənnəsi ilə qara bazardakı məzənnə arasında böyük fərq var. Buna görə xaricə çıxa bilənlər tez bir zamanda sərvət toplamaq imkanı əldə ediblər. Saytın məlumatına əsasən, Daşoğuz vilayətinin sakinləri kütləvi şəkildə Özbəkistana gedir, orada kartların köməyi ilə məhsul alır (sərfəli məzənnə ilə ödəniş edirlər), eyni məhsulu dollarla satır, sonra möhkəm valyutanı Türkmənistana gətirib qara bazarda satırlar.
Pakistan mətbuatı sayəsində bütün dünya Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikinti layihəsinin uzanması ilə bağlı sistematik problemlərdən xəbər tutub. Dekabrın 16-ı “The News International” məlumat verib ki, Pakistanın yeni tələblərinə uyğunlaşan Aşqabad Əfqanıstanda iğtişaşlara səbəb ola biləcək qaz təminatındakı fasilələrə görə sığortanın dəyərini ödəməyə razı olub.
Hökumət bir daha dolayı da olsa, korrupsiyaya qarşı fəal mübarizə aparmaq öhdəliyi götürüb. Ötən həftə prezident tərəfindən təsdiqlənmiş qanuna uyğun olaraq, ölkədə minlərlə insanın həbsxanadan çıxması ilə nəticələnən mütəmadi kütləvi əfv fərmanları korrupsiya ilə əlaqədar həbs edilən şəxslərə şamil edilməyəcək.
Çox güman, elə belə də olacaq. Hərçənd əksi də istisna edilmir. Bu gün Türkmənistanda korrupsiya haqqında söhbərlər ilk növbədə keçmiş daxili işlər naziri İsgəndər Mulikovu və Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovu yada salır. Onlar bu yaxınlarda “böyük sərvət toplamaq üçün öz vəzifələrindən sui-istifadə etdikləri”nə görə uzun müddətə azadlıqdan məhrum ediliblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-12-2019, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-12-2019, 12:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?