“12-ci imam” müsadirədən narazıdır

Dələduzluqda təqsirli bilinərək 11 il 9 ay müddətinə məhkum edilmiş, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayev müsadirə edilmiş əmlakını geri istəyir.
Onun yaxınları qərardan kassasiya şikayəti verib.
Məhkum Babayevin yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “SantaFe” markalı minik avtomobilindən gedir.
Onlar müsadirə edilmiş əmlaklarının özlərinə qaytarılmasını istəyirlər. Şikayətə Ali Məhkəmədə baxılacaq.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, özünü zühur etmiş “İmam Mehdi” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babayev 12 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ay azaldıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2024, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib