Yeyib-içəndən sonra qonşusunu amansızlıqla öldürmüşdü - 18 il həbs verildi

Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub.
RegionXəbərləricom.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb.
Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da qorxularından Rövşənə yaxınlaşa bilməyiblər.
Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2024, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?