reklam
Regionxeberlericom.az » Sosial » “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsis edildi

reklam

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsis edildi


“Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı təsis edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnaməyə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif ediləcəklər:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;

Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;

azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;

sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;

dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.




Paylaş:


Müəllif : Tarix:
26-04-2023, 16:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər