reklam
Regionxeberlericom.az » Mədəniyyət » Prezident Əməkdar jurnalisti “Şöhrət” ordeni ilə təltif etdi

reklam

Prezident Əməkdar jurnalisti “Şöhrət” ordeni ilə təltif etdi


Əməkdar journalist Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Flora Xəlilova Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində oxuyub. 

"Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.

Jurnalist Elnur Nifteliyevin anasidir

 





Paylaş:


Müəllif : Tarix:
7-09-2023, 12:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər