reklam
Regionxeberlericom.az » Mədəniyyət » Afət Fərmanqızı ilə meyxanaçı arasında QALMAQAL DÜŞDÜ - FOTO

reklam

Afət Fərmanqızı ilə meyxanaçı arasında QALMAQAL DÜŞDÜ - FOTO

Meyxanaçı Aqşin Fatehin verilişlərin birində müğənnilər barədə dediyi tənqidi fikirləri qalmaqala səbəb olub.

regionxeberlericom.az-un Lent.az-a istinadən məlumatına görə, meyxanaçının qalmaqallı sözlərinə müğənni Afət Fərmanqızından cavab gəlib: “Maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev və başqaları necə alıbsa, məndə də o cür olub. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, pozğun adlandırırlar. Hünəri çatırsa, ad çəksin, ümumi danışıb bu sənəti gözdən salmasınlar. Kişi kişi ilə savaşar. Yoxsa ona-buna söz ataraq meyxana adıa ləkə gətirməz. Gedin Ağamirzədən, Kərimdən kişilik öyrənin”.

Sözügedən açıqlamadan sonra A.Fateh "instaqram"da post paylaşaraq A.Fərmanqızına sərt bir şəkildə reaksiya verib:“Kimliyindən və sənətindən asılı olmayaraq, Allahdan başqa heç kəsdən və qüvvədən qorxum yoxdur. Dediyim hər kəlmənin də öz imzamla arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfinə çatıb. Millət əxlaqsız və üzdəniraq qadın və kişilərin biabırçılıqlarından bezib. Sosial media, bu məsələni şouya çevirməyin. Əksinə, bu cür qalmaqalla gündəmə gəlmək istəyənlərin qarşısını alın”.

Meyxanaçı daha sonra telefon nömrəsini qeyd edərək ona etiraz edən şəxslərin zəng vurmasını təklif edib.




Paylaş:


Müəllif : Tarix:
29-05-2019, 13:49
Sikayət   


loading...
Загрузка...