reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda qoyunların sayı sürətlə azalır – Son 5 ilin statistikası

reklam

Azərbaycanda qoyunların sayı sürətlə azalır – Son 5 ilin statistikası


















Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda  7 milyon 223,2 min baş qoyun və keçi olub.

Açıqlanan rəsmi statistikayda bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 8,9% və ya 705,2 min baş azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının əvvəlində ölkədə 7 milyon 928,4 min baş qoyun və keçi olub.

Onu da qeyd edək ki, son 5 ildə qoyun və keçilərin sayında daha kəskin azalama qeydə alınıb. 2019-cu ilin noyabr ayının əvvəli ilə müqayisədə qoyun və keçilərin sayı 14,5% azalıb.

Son 5 ilin noyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:

- 2019-cu ilin noyabr ayında - 8 milyon 451,9 min baş

- 2020-ci ilin noyabr ayında - 8 milyon 308,6 min baş

- 2021-ci ilin noyabr ayında - 8 milyon 197,3 min baş

- 2022-ci ilin noyabr ayında - 7 milyon 928,4 min baş

- 2023-cü ilin noyabr ayında - 7 milyon 223,2 min baş





Paylaş:


Müəllif : Tarix:
18-12-2023, 14:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər