“Alimlər fermerlərin yanında” layihəsinin icrasına başlanıldı
Qubanın meyvə bağlarında dron vasitəsilə kimyəvi mübarizə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihənin icrasına başlanıb. Layihənin əsas məqsədi elm adamlarının birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində fermerlərə köməklik göstərməkdir. Layihəyə Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutu, 48 təcrübə stansiyası və 9 regional aqrar elm və innovasiya mərkəzinin əməkdaşları cəlb olunub.
Layihə çərçivəsində ilk sahə nümayişi Quba rayonunun Barlı kəndi ərazisindəki meyvə istehsalçılarının bağ sahəsində keçirilib. Tarla gününün keçirilməsi üçün bağ sahəsinin müəyyən edilməsi “təsadüfi seçim” yanaşmasına əsaslanıb. Məqsəd bağ sahələrində innovativ bitki mühafizə tədbirlərini, eləcə də budama və gübrələmə metodlarını, həmçinin torpaq analizi və cərgəarası becərmə işlərini fermerlərə əyani nümayiş etdirməklə onların bilik və bacarıqlarını artırmaqdır. Tədbirdə ixtisaslı alim və mütəxəssislər - fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu və yerli meyvəçi fermerlər iştirak ediblər.
Mütəxəssislər tərəfindən meyvə bağlarında qış müalicəsinin aparılmasının əhəmiyyəti fermerlərə izah olunub, drondan istifadə etməklə xəstəlik və zərərvericilərə qarşı profilaktik çiləmə əməliyyatı aparılıb. Fermerlərin meyvə bağlarında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun və Quba RAEİM-in mütəxəssisləri tərəfindən quru budama işləri aparılıb və iştirakçılar budama prinsiplərini əyani şəkildə mənimsəyiblər.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna məxsus mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.
Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-01-2020, 21:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-01-2020, 21:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:16
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI - VİDEO
Bu gün, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Bu gün, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Bu gün, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
Dünən, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Dünən, 10:31
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
16-05-2024, 22:15