reklam
Regionxeberlericom.az » Hadisə » Milli Məclisin qarşısındakı intihar cəhdi də - Tovuzdakı gərginliyə etiraz imiş

reklam

Milli Məclisin qarşısındakı intihar cəhdi də - Tovuzdakı gərginliyə etiraz imiş


Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib:

“Həmin şəxs özünə xəsarət yetirərək şəhid olmaq istədiyini bildirib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin sərxoş şəxsin bu cəhdinin qarşısı alınıb. Daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub”.

***

Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan intihara cəhd edib.

BAKU.WS-in əldə etdiyi görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub. Onun bu əməlini hansı səbəbdən etdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək.



Paylaş:


Müəllif : Tarix:
15-07-2020, 15:25
Sikayət   


loading...
Загрузка...