reklam
Regionxeberlericom.az » Hadisə » Şirvanda yataqxanada qətl törədilib

reklam

Şirvanda yataqxanada qətl törədilib


Şirvan şəhərində qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 03:00 radələrində Şirvanda yerləşən “Sürücülük məktəbinin yataqxanası” kimi adlandırılan binanın qarşısında qeydə alınıb.

Həmin yataqxanada daimi yaşayan Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Şamil Sulduz oğlu içki məclisində aralarında yaranan mübasiə zəminində Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü Rzayev İlqar Hümbət oğlunu qarın nahiyəsindən bıçaqla vurub. Sonuncu təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda keçinib. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Qətldə istifadə olunan bıçaq hadisə yerinin yaxınlığında tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 09:12
Sikayət   


loading...
Загрузка...