reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda yataqxanada yaşayan qadının evindən 15 min manat oğurlanıb

reklam

Bakıda yataqxanada yaşayan qadının evindən 15 min manat oğurlanıb


Bakıda qadının evindən oğurluq olub.

Məlumata görə, Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olunaraq tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
9-07-2020, 09:47
Sikayət   


loading...
Загрузка...