reklam
Regionxeberlericom.az » Hadisə » 56 yaşlı kişi intihar etdi

reklam

56 yaşlı kişi intihar etdi



Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

RegionXəbərləri.com xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Abdullayev Murtuzəli Ağadadaş oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. /Report


Paylaş:


Müəllif : Tarix:
16-04-2020, 00:02
Sikayət   


loading...
Загрузка...