Adnayev “A-Qroup Sığorta”dan əvvəlki kimi qazana bilmir - Mənfəətdə 5 dəfə azalma
“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2024-cü il üzrə mənfəəti kəskin azalıb.
Sığorta şirkətinin ümumi gəlirləri ötən il 14,3% azalaraq 25,28 milyon manatdan (2023) 21,67 milyon manata enib.
Şirkətin sığorta əməliyyatlarından əldə edilən gəliri isə 11,2% azalaraq 19,58 milyon manata enib. Bu dövrdə xalis sığorta ehtiyatları 2,2 milyon manatdan 769 min manata enib. Başqa sözlə, 65% azalma olub. Şirkətin investisiya gəlirləri 32,4% artaraq 727 min manata, subrogasiya gəlirləri isə 58% artaraq 369 min manata yüksəlib.
“A-Qroup”un ümumi xərcləri 2023-cü ildəki 24,4 milyon manatdan ötən il 21,5 milyon manata enib. Bu isə 12% azalma deməkdir.
Əsas xərc maddələri olan əməliyyat xərcləri (16,6 milyon AZN) və işlərin aparılması xərcləri (4,8 milyon AZN) keçən illə müqayisədə xeyli azalsa da, gəlirlərdəki kəskin azalma mənfəətdəki kəskin azalmanın qarşısını ala bilməyib.
Şirkət bu dövrdə mənfəət vergisini 79,5% azaldaraq 35,8 min manata endirib. Son nəticədə ili 143,2 manat xalis mənfəətlə bitirib ki, bu da əvvəlki ilə nisbətən 4,9 dəfə azdır. Sığorta şirkəti 2023-cü ili 698,9 min manat mənfəətlə bitirib.
1 yanvar 2025-ci il tarixinə “A-Qroup Sığorta”nın aktivləri 0,13% azalaraq 27,09 milyon manata, cəmi öhdəlikləri 6,3% azalaraq 14,07 milyon manata enib. Cəmi kapitalı isə 12,6% artaraq 13,62 milyon manata yüksəlib.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. Səhmlərin 100%-i şirkətin Direktorlar Şurasının sədri Sabir Adna oğlu Adnayevə məxsusdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2025, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?