Əli Mirəliyev SİRLƏRİ AÇDI “Dekabrda zəng vurdum, dedi ki...”
“Dekabr ayında Çimnazla əlaqə saxladım. Dedi ki, Türkiyədədir".
Bu sözləri “Yeni Sabah”a tanınmış müğənni Əli Mirəliyev mərhum aktrisa Çimnaz Suıtanova ilə bağlı açıqlamasında bildirib. O, aktrisanın vaxtsız ölümündən təsirləndiyini söyləyib:
“Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan”.
Müğənni aktrisa ilə dostluq əlaqələrinin olduğunu da vurğulayıb:
“Mən xəbəri eşidəndən sonra zəng etdim, telefonu götürən olmadı. Atası fağır kişidir. Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz... Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2025, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?