reklam
Regionxeberlericom.az » Cəmiyyət » Patriarx Kirill Putinə əsrin sonuna qədər hakimiyyətdə qalmağı arzuladı

reklam

Patriarx Kirill Putinə əsrin sonuna qədər hakimiyyətdə qalmağı arzuladı


















Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Rusiya Prezidenti Vladimir Putinə əsrin sonuna qədər hakimiyyətdə qalmağı arzulayıb.

O, bunu Putinin andiçmə mərasimi münasibətilə keçirilən dua zamanı deyib.

“Allahın xeyir-duası, Cənnət Kraliçasının himayəsi ömrünüzün bütün günləri, dediyimiz kimi, əsrin sonuna qədər sizinlə qalsın. Mən cəsarətlə deyəcəm: Allah eləsin ki, əsrin sonu sizin hakimiyyətdə qalmağınızın sonu olsun. Vətən qarşısında bu böyük xidməti uzun müddət və uğurla həyata keçirmək üçün sizdə hər şey var”, - Kirill xidmət zamanı deyib.

Patriarx knyaz Aleksandr Nevskini misal çəkərək əlavə edib ki, dövlət başçısı möhtəşəm qərarlar qəbul etməlidir:

“Bu adam düşmənlərini bağışlamadı, amma müqəddəs kimi məşhurlaşdı. Çünki ölkəni düşməndən müdafiə etmək bir şeydir, öz fobiyalarına və ya hansısa karyera maraqlarına görə  hər yeri məhv etmə, başqa”.

Qeyd edək ki, mayın 7-də Vladimir Putin beşinci dəfə Rusiya Federasiyasının prezidenti kimi and içib.




Paylaş:


Müəllif : Tarix:
7-05-2024, 22:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər