reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Aynişan, xəbərin yoxdur, anan can verir” - Xəstəlikdən əziyyət çəkən Əməkdar artist

reklam

“Aynişan, xəbərin yoxdur, anan can verir” - Xəstəlikdən əziyyət çəkən Əməkdar artist


Əməkdar artist Aybəniz Haşımova uzun müddətdir əziyyət çəkdiyi qızıl yel xəstəliyindən sağalıb.

23 gündür yataq xəstəsi olan müğənni artıq yeriyə bildiyini açıqlayıb:

“Bəlkə də, bu, son olacaqdı, bəlkə də, böyük bir imtahan qarşısında idim. Bir onu bilirəm ki, Allaha “hazıram, qarşındayam” dedim. Əslində, qəfil gələn əcəl idi. Nədənsə heç qorxmurdum. Nə bədənimi, nə tutulmuş ayağımın ağrısını, nə canımı saran alovu hiss edirdim.

Sanki bütün ağrılarımı unutmuşdum. İçimdə tək bunu dedim ki, Aynişan, xəbərin yoxdur, anan can verir. Amma deməli, vida zamanı o gün deyilmiş. Bilmirəm, buna sevinim, yoxsa yox…

Allah qarşısında növbəti imtahanlara zaman qazandım. Bu da ömrümün 52-ci yayında Allahın qarşısında verdiyim imtahan… Qadalı başlayıb, sonu major akkordlarla bitən, ömür səhifəmə yazılan yazı. Həkim ayaq üstə duracağıma məni inandırmışdı, oldu da. Artıq ayağımı yerə basa bilirəm”.


Paylaş:


Müəllif : Tarix:
23-06-2020, 13:52
Sikayət   


loading...
Загрузка...