reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mayın 18-dən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq?

reklam

Mayın 18-dən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq?


18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Məlumatda deyilir ki, növbə tutmaq üçün“ASAN xidmət” mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir.

Eyni zamanda, www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 19:17
Sikayət   


loading...
Загрузка...