Piylənməyə qarşı tədbir: Məktəb menyularından bu yeməklər çıxarılır
İspaniya hökuməti məktəblərdə qızardılmış və yağlı yeməklərin azaldılması məqsədilə yeni qərar qəbul edib. Ölkədə bütün məktəblərin menyusunda tərəvəz və meyvə yer alması, həmçinin həftədə bir dəfə balıq verilməsi məcburi hala gətirilib. Bu addım uşaqlar arasında artmaqda olan piylənmə hallarına qarşı mübarizə çərçivəsində atılıb.
Məsələ ilə bağlı kral fərmanı imzalanıb. Yeni qanuna əsasən, ölkədəki bütün məktəblər vəjetaryan və vegan yeməkləri menyularına daxil etməyə məcburdur.
Qaydalara görə, məktəblərdə təqdim olunan meyvə və tərəvəzlərin ən azı 45 faizi mövsümi və mümkün olduqca yerli istehsal olmalıdır. Bununla yanaşı, məhsulların 5 faizinin orqanik olması da tələb olunur.
Şirin içkilərə qadağa
Şəkər miqdarı 5 faizdən çox olan içkilərin məktəblərdə satışı tamamilə qadağan edilib. Bundan başqa, yemək və içkilərdəki kofein, yağ və duz miqdarına da məhdudiyyətlər qoyulub.
Hökumətin apardığı araşdırmalar nəticəsində avtomatlarda satılan içkilərin 70 faizinin şəkər və kofein miqdarının normanı keçdiyi müəyyən edilib.
Pizza və piroq ayda bir dəfə menyuya daxil ediləcək
Məktəblərdə hazırlanan pizza və piroqlar yalnız ayda bir dəfə menyuda yer alacaq. Qızartmalar isə yalnız zeytun yağı və ya günəbaxan yağı ilə hazırlanmalıdır.
Aralıq dənizi mətbəxi ilə tanınan ölkədə 2019-cu ildə aparılan bir araşdırma nəticəsində 6-9 yaş arası uşaqların 40 faizinin artıq çəkili olduğu, 17 faizinin isə piylənmədən əziyyət çəkdiyi müəyyən edilib.
Avropa İttifaqı ölkələri arasında İspaniya ən çox piylənmə halları qeydə alınan altıncı ölkə sayılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2025, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?