reklam
Regionxeberlericom.az » Cəmiyyət » 1-ci sinifə qəbulun müddəti uzadıldı

reklam

1-ci sinifə qəbulun müddəti uzadıldı
















Bakı və Sumqayıtda birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu aprelin 1-dək uzadılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Bununla yanaşı daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər:

"Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".




Paylaş:


Müəllif : Tarix:
17-03-2025, 11:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər