reklam
Regionxeberlericom.az » Mədəniyyət » "Evdəyəm, xəstəyəm, boş-boşuna oturub sağalacağım günü gözləyirəm"

reklam

"Evdəyəm, xəstəyəm, boş-boşuna oturub sağalacağım günü gözləyirəm"

















“Bu gün 71 yaşım tamam olur. Teatrın işçiləri zəng edib, təbrik etdilər. Hamı mənim üçün darıxdığını bildirir və yolumu gözləyir. Evdəyəm, xəstəyəm, boş-boşuna oturub sağalacağım günü gözləyirəm. Bir aktrisaya qarğış etmək istəyirsənsə ona de ki, “səni görüm səhnədən uzaq düşəsən”. Mən heç kimə pis gün arzulamamışam, qarğış etməmişəm. Allah hamıya can sağlığı versin. Başıma nə gəlibsə paxıllıqdan gəlib. Onun səbəbidir ki, bu gün sənətsiz qalmışam. Teatra gələn gündən camaatın çıxdığı pilləkənləri iki-iki çıxmışam. Üzümə deyirdilər ki, “sən xoşbəxt aktrisasan ki, gələn kimi gözəl rolların olub”. Gördülər ki, mən qalxıram, başladılar paxıllıq etməyə”.

Bunu Moderator.az-a bu gün doğum gününü qeyd edən tanınmış aktrisa Məsumə Babayeva deyib. O, daha sonra əlavə edib.

“Mən hazırda teatrda müqavilə ilə çalışıram. Amma məni tamaşa oynamağa çağırmırlar. Tamaşa oynasam axı onlardan çox pul alacam. Oranın aktyorları ilə məni əvəz edirlər. Tam işdən çıxmamışam. Çağırsalar gedəcəyəm. Teatrda o qədər aktyor var ki, bizi kölgədə qoyurlar. Yoxsa mən həmişə lazımlı, tələbli aktrisa olmuşam. Həyat belə gətirib də. Hər şey yerini alandan sonra çağırsalar da gec olacaq. Mən öləndən sonra çağıracaqlar? Bu qədər oynadığım, əziyyət çəkdiyim rollara görə əgər mənə ad vermirlərsə mən nə edə bilərəm?! Adım teatrın 90 illiyində “əməkdar artist” üçün təqdim edilmişdi. Nədənsə mənə “Tərəqqi” medalı verdilər. 4 nəfər “əməkdar artist” adı aldı. Haqsızlıq baş alıb gedir. O vaxt gedib teatrın direktoruna deyirdim ki, məni də prezident mükafatı üçün təqdim et. Deyirdi ki, “fəxri adın yoxdur, olmaz”. Amma indi fəxri adı olmayanlar da bu mükafatı alır. Mənə bir dəfə də mükafat verməyiblər, amma teatrdan eyni adamlara verirdilər. Bu mükafatı ildə bir aktyor almalıdır. Bu onun həm də maddi vəziyyətinə köməkdir. Dərmanlarım bahadır, onkoloji xəstəyəm, ayağım ağrıyır, gəzə bilmirəm. Hər halda alsam yaxşı olar” deyə aktrisa bildirib.




Paylaş:


Müəllif : Tarix:
24-09-2022, 09:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər