Köməksiz qalan çobanlar xilas olundu

Ağdam rayonunda çayın daşması çobanların və 500 baş heyvanın örüş yerindən qayıda bilməsinə əngəl törədib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artmış, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2019, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2019, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 09:22
Dünən, 09:04
16-07-2025, 10:44

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…