reklam
Regionxeberlericom.az » Hadisə » Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutulub

reklam

Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutulub


Bakıda kirayənişin ev sahibini qətlə yetirib.

Məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev evində kirayə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla öldürülüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.


Paylaş:


Müəllif : Tarix:
29-07-2020, 09:50
Sikayət   


loading...
Загрузка...