“Ocean Fish”də mənşəyi məlum olmayan məhsullar satılıb

Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib.
Yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.
Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.//xalq.az

Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2025, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB

Bakı metrosunda mühüm infrastruktur dəyişiklikləri olacaq - Sakinləri hansı yeniliklər gözləyir? VİDEO

Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...

Lahic bələdiyyəsiylə dil tapan boşanmış gəlin 17 nəfərin vərəsəlik hüququnu görün necə mənimsəyib?