reklam
Regionxeberlericom.az » Dünya » ŞOK: “Vaqner”in Ukraynaya məhbusları apardığı üzə çıxdı - 3 ölü

reklam

ŞOK: “Vaqner”in Ukraynaya məhbusları apardığı üzə çıxdı - 3 ölü

















İyulun əvvəlində "Vaqner" özəl hərbi şirkəti tərəfindən müharibəyə cəlb edilən Sankt-Peterburqdakı "Yablonevka" 7 saylı cəzaçəkmə müəssisəsindən (ÇM) olan üç məhkum həlak olub, ikisi yaralanıb və onlar Luqanskdakı xəstəxanalardan birindədir.

RegionXəbərləricom.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məhkumların qohumları ilə əlaqə saxlayan mənbələrə istinadən "Vajnıye istorii"nin məlumatında deyilir.

Onların sözlərinə görə, tibbi sənədlərdə məhkumların əsl adları yox, təxəllüslər - ləqəblər və ya şərti adları var. "Yaralılar xəstəxanada həqiqi adlarla deyilsə, görünür, ölənlər də ləqəblə basdırılacaq. Söhbət mərhumun yaxınlarının pulu necə əldə etməsidir. Çünki İvan İvanovla qohumluğu sübuta yetirmək olarsa, o zaman hansısa "filankəs”lə qohumluğu necə sübut etmək olar? Çox güman ki, qohumlar bu insanların ölümü üçün pul görməyəcək ", - deyə vəkil Leonid Krikun "Vajnıye istori”yə izah edib.

Bundan əvvəl "Vajnıye istorii" nəşri Sankt-Peterburqdakı ÇM-7 "Yablonevka” və ÇM-6 "Obuxovo” məhbuslarının Rostov vilayətinə aparıldığını yazmışdı. "Vajnıye istori"yə görə, eyni koloniyaların məhbuslarına "Vaqner”in nümayəndələri Donbasa "könüllü" getməyi təklif ediblər. Sankt-Peterburqun İctimai Nəzarət Komissiyasının məlumatına görə, Federal Penitensiar Xidmətin yerli şöbəsi bu məlumatı şayiə adlandırıb.




Paylaş:


Müəllif : Tarix:
26-07-2022, 12:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər