reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ən yüksək balı onlar topladılar - Fotolar

reklam

Ən yüksək balı onlar topladılar - Fotolar














Məlum olduğu kimi, martın 12-də keçirilən buraxılış imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, imtahanda 297.5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:

Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.

Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə saytımıza açıqlamasında həkim olmaq istədiyini bildirib: “Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.

Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib. 

Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə  ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir: “Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.

Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.

Fotoda: Mürşüdlü Nəzrin:

Fotoda: Cəfərzadə Taliə 










Paylaş:


Müəllif : Tarix:
19-04-2023, 19:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər