Pensiyalar artacaq - Nazir müavinindən ŞAD XƏBƏR
Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Xəzər TV-nin "Birinci Studiya" proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.
Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.
A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.
O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: "Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən ilin yanvarında pensiyalar 13 faiz indeksasiya oldu, yəni artım oldu. Bu il də artım olacaq. Yanvar ayı ərzində pensiyaların nə qədər indeksasiya olunacağı bilinəcək. Hazırda bu məsələ dəqiqləşdirilir".
Nazir müavini bildirib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var. /Xezerxeber.az
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2021, 23:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-01-2021, 23:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:02
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
Bu gün, 12:30
Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?
Bu gün, 09:59
EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR
Bu gün, 09:48
SUMQAYIT SAKINLƏRI ŞƏHID XANIMINDAN NIYƏ NARAZIDIR? – QANUNSUZ TIKINTI ILƏ BAĞLI ARAŞDIRMA – FOTOLAR
Bu gün, 09:36
Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO
Dünən, 15:32
Sabirabadın Poladtuğay kəndindən ŞİKAYƏT: Ətin qiymətinin qalxmasının səbəblərindən biri də ...
Dünən, 09:51