Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.
TASS xəbər verir ki, 2002-ci il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı hazırlığında iştirakı aşkar edilərək qarşısı alınıb.
Bildirilir ki, o, 2024-cü ilin iyun ayında teleqram və vatsap vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə yaradıb. Rusiyadan çıxışa və Avropa İttifaqı ölkələrindən birinin vətəndaşlığını almağa kömək müqabilində diversiya-terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.
O, tapşırığa uyğun olaraq Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən şüarlar yazıb və dəmiryolu infrastruktur obyektini yandırmağa cəhd göstərib.
2025-ci ilin aprel ayında isə Sankt-Peterburqa gedib və orada müdafiə sənayesinə aid müəssisələrdən birinin əməkdaşını izləyib. Məqsədi kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə etməklə həmin şəxsin avtomobilini partlatmaq olub. O, terror aktı planlaşdırılan şəxsin avtomobilinin altına həmin qurğunu yerləşdirdiyi an saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2025, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video