reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı - Yenilənib

reklam

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı - Yenilənib
















Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.

Hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.

2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı KTM-in mətbuat katibi Ruzbeh Məmməd sorğumuza cavab olaraq bildirib ki, 2008-ci il təvəllüdlü qadın bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

“Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətindədir, süni ventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”.




Paylaş:


Müəllif : Tarix:
3-07-2025, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər