reklam
Regionxeberlericom.az » Gündəm » Şəkidə yaşıllıqlara qənim kəsilən vəzifəli şəxsin əməlləri barədə nazirə müraciət edildi.

reklam

Şəkidə yaşıllıqlara qənim kəsilən vəzifəli şəxsin əməlləri barədə nazirə müraciət edildi.

















Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu Ekologiya  və Təbii Sərvətlər Naziri Muxtar Babayevə 2-ci dəfə müraciət ünvanlayır.

Cənab Nazir Siz hər dəfə çıxışlarınızda qeyd edirsiniz ki, “hər hansı bir dövlət məmuru Sizin hüquqlarınızı pozur və qanundan kənar hərəkət edirsə, mənə məlumat verin, həmin  məmuru çox sərt şəkildə  cəzalandıraq”. Son zamanlar   ölkə ərzisində belə məmurlara qarşı gedən tədbirlər göz qabağındadır. Mən belə halla bağlı  Şəki Meşə İdarəsinin işçisi ilə rastlaşmışam. 

Belə ki, Mustafa Fikrət oğlu özünü həm Nazirliyinin işçisi kimi,  həm də meşəbəyi kimi təqdim edir, Onu da qeyd edim ki, o, Şəkinin “Camışçılıq” meşəsini qırıb, satıb, talayıbdır. Meşə tamamilə pis gündədir. Maddi sübut kimi onu da bildirim ki, Həsən müəllimin fermasının arxa tərəfində adı qırmızı kitabda olan 300-ə yaxın palıd ağacını qırdırıb satıbdır. “Qarasu” çayının qırağında həm Öyrət  kəndi tərəfə doğru, həm də Camışçılığa doğru  meşələri qırdırıb məhv edibdir. Mustafa meşədə qanunsuz, icazəsiz  dairəvi kanal qazdırıb, orada minlərlə ağacı məhv etdirib, şlaqbanlar qoydurub, meşəni qıedırıb və siyirtdirib özü üçün akoplar qazıdırıb, balıq gölü yaradıb. Meşə tamamilə pis gündədir, meşəni təmiz qırıb satıbdır. Meşədə qanunsuz olaraq  özü üçün tütün, arpa, buğda, yonca əkdirib.  

Onu da bildirirm ki, Mustafa meşəni əxlaqsız yuvasına  çevirib, özü üçün əyləncə yuvası yaradıbdır.  Meşədə kontener vaqon qoydurub, orada çirkin əməllərlə  məşğul olur. Musta Fikrət oğlu özü bir nömrəli cinayətkardır. Ona görə ki, o, qaynatasını və qaynını şər-böhtan ataraq, qoşa lülə tüfəngin içinə nəşə qoyaraq, qaynatasının həyətinə atmış, bunun şər olduğu üzə çıxdığından Mustafa  3 il 6 ay məhkumluq cəzası almışdır. 

Bu gün  türmədə yatan, narkotiklə  məşğul olan bir cinayətkar dövlətimizin, xalqımızın qədrini nə biləcək? Ona görə də  onun meşəsi hüquq-mühafizə orqanlarının iştirakı ilə ciddi yoxlanılsın, meşədə qeyri-qanuni  vaqon qoyub  əxlaqsız yuvası düzəltdiyi aşkara çıxarılsın. Bütün bu qeyd etdiklərimin hamısı mənim və  hüquq-mühafizə orqanlarının  iştirakı ilə yoxlanılsın və onun bütün cinayətləri araşdırılıb, cinayət məsuliyyətinə cəlb olunsun.

Onu da bildirim ki, Mustafa Fikrət oğlu mənə və bir neçə adama şər-böhtan atmaqla məşğul olur. O, məni də bir dəfə tanınmış bir iş adamı ilə üz-üzə qoymuşdur. Mənə yalan məlumat vermişdir ki, həmin iş adamının oğlu narkotik istifadəçisidir. Mustafa  ona-buna şər-böhtan atmaqla insanların arasını vurmaqla  həm maddi, həm də mənəvi ziyan vurur, insanları hörmətdən salır, nüfuzuna ləkə yaxır, şər əməllər törətməklə məşğul olur.  

Cənab Nazir,  Şəki rayon Meşə İdarəsinin işçisi, özünü Nazirliyin işçisi kimi tanıdan Mustafa Fikrət oğlu başda olmaqla,onu himayə edən bütün  əməkdaşlarının xalqın cibindən əllərini çıxarmaları barədə göstəriş verilməsini, xalqın cibinə girərək əsassız varlanmış əməkdaşlarının barəsində ən sərt tədbirlərin görülməsini, onların vəzifədən kənarlaşdırılmalarını və məsuliyyətə cəlb edilmələrini Sizdən artıq dərəcədə xahiş edirəm. 

RegionXəbərləri; Fuad Hüseynovun Blogu 

Səhifədə qarşı tərəfində mövqeyini dərc edə bilərək.


 

 





Paylaş:


Müəllif : Tarix:
16-11-2023, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər