reklam
Regionxeberlericom.az » Gündəm » Bu binalar yaşamaq üçün MÜNASİB DEYİL... - İTTİHAM VAR!

reklam

Bu binalar yaşamaq üçün MÜNASİB DEYİL... - İTTİHAM VAR!





















Bakı şəhərində Səməd Vurğun, Sabit Rəhman, Mərdanov qardaşları və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində inşa olunan yaşayış kompleksini təşkil edəcək binaların tikintisində təhlükəsizlik qaydaları aşkar şəkildə pozulur. Tikintinin sifarişçisi “Teymuroğlu” MTK, podratçısı isə “İSB Group” MMC-dir. Binalar 16-17 mərtəbəlik “göydələn”lərdir. İnşaat materiallarını yuxarı mərtəbələrə qaldıran qülləli kranın caynağındakı yük qırılarsa, küçədəki insanların və avtomobillərin üstünə düşə bilər. Yəni, tikinti sahəsi təcrid olunmayıb. Biz də, Dəryaz qəzeti redaksiyası olaraq ərazidə müşahidə və çəkiliş apardığımız vaxt qeydə aldılq ki, heç fəhlələrin özlərinin də başlarında dəbilqə olmur. Təhlükəli ərazidən gediş gəlişin məsuliyyətini piyadaların üzərinə atmaq olmaz. Çünki bəzi binalar hələ sökülməmiş qalan fərdi həyət evlərinin bir neçə metrliyində ucaldılır. Həmin evlərin sakinləri nə qədər ki, yaşayırlar, küçəyə çıxmaq, öz evlərinə gedib-gəlmək məcburiyyətindədirlər.

Sifarişçi “Teymuroğlu” MTK-nın rəhbəri Qurbanov Münasib Teymur oğlu 13 noyabr 1957-ci ildə Tovuz rayonunda anadan olub. İlk əmək fəaliyyətinə B.Sərdarov adına Maşınqayırma zavodunun metaltökmə sexində ikinci dərəcəli fəhlə kimi başlayıb. 1979-cu ildə Azəryol Tikinti Nazirliyinin Layihə-Axtarış bürosunun arxitektura və mülki tikinti şöbəsində işə başlayıb, 1981-ci ildə mühəndis, sonradan böyük mühəndis kimi fəaliyyət göstərib. 1983-cü ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib, mühəndis ixtisasına yiyələnib. 1987-ci ildə «Azəryollayihə» İnstitutunda direktor müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə «Azəravtoyol» Şirkətinin 7 saylı Mexinikləşdirmə və Nəqliyyat İdarəsinin rəisi olub. 1994-cü ildə köçürmə yolu ilə həmin şirkətin «Azəryol Mexinikləşdirmə» trestinə müdir təyin edilib. 1995-ci ildə «Çıraq» Sahələrarası Təsərrüfat Assosiasiyasının birinci vitse-prezidenti olub. Bir müddət sonra həmin assosiasiyanın prezidenti vəzifəsini icra edib. 1997-ci ildən «Onur-Style» MMC-nin direktorudur. İqtisad elmləri doktorudur. Həmin ildən Bakı şəhərində yüksək mərtəbəli binaların tikinti işini aparır. «AVM-F» MMC-nin direktoru kimi fəaliyyətini davam etdirir. 2013-cü ildə öz işində yeni sürət mexanizmi qurub və nəticədə, «Bəşir-inşaat» MMC-ni yaradıb, həmin MMC-nin direktoru olub. 2016-cı ildə «Onur-Style» MMC-yə direktor təyin edilib.

Münasib Qurbanovun rəhbərlik etdiyi MTK təkcə Bakı şəhərində deyil, eləcə də Rusiyanın Krasnoyarsk və Tümen vilayətlərində yüksəkmərtəbəli binaların tikinti işini həyata keçirir.

Münasib Qurbanovun gənc yaşlarından uğurlara imza atmasında, ali təhsilini başa vurmamış mühəndis vəzifəsində işləməsində atası rəhmətlik Teymur Qurbanovun Böyük Vətən müharibəsi veteranı kimi imtiyazlarının böyük rol oynadığı deyilir.

Söz vaxtına çəkər. Keçən il bu vaxt – mart ayının 5-də Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilən “Troya LTD” MMC-nin direktoru və “Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev məhkəmə zalında həbs edildi və sonrtadan 4 il müddətinə azadlıqdan məhrum edildi. Necə oldusa, Münasib Qurbanov bu məsələdə məsuliyyətdən kənarda qalmağı bacardı. Şərikindən qurtulan Münasib Qurbanov Sumqayıt Telekommunikasiya Qovşağının keçmiş rəisi, məlum “Rabitə işi”ndən sonra “sudan quru çıxan”, özünə nəhayətsiz kapital toplamış Akif Əsgərovu işə cəlb edə bildi. Dolaşan söhbətlərə görə, şəriklər bir-birinə o qədər də etibar etmirlər və tikinti işlərindən başı o qədər də çıxmayan qeyri-ixtisaslı Akif Əsgərov şübhələrində haqsız deyil.

Görülən tikinti işlərinə cəlb olunmuş işçilərlə əmək müqaviləsi bağlanılmadığı da deyilir. Hərçənd, bu məsələlərin məsuliyyəti podratçı şirkətlərin üzərində olsa da, onları da Münasib bəyin özü seçdiyi nəzərə alınmalıdır.

Mövzuya qayıdacağıq

Deryaz.az





Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 10:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər