Temperaturun normadan yuxarı olacağı gözlənilir

Ölkə ərazisində temperaturun normadan artıq olacağı gözlənilir.
Bu haqda Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Artıq bir-neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcəni aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb”, - o deyib.
O qeyd edib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur. Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir:
“Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2025, 21:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vilayət Eyvazov prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərdən danışdı

Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO

“Qapalı Mədəniyyət Evi, açıq bazar... - Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?

Nəsimi rayonunda “Köhnə Təzə Bazar” da qanunsuz tikinti işləri hansı vəzifəli şəxsin icazə isə aparılır?-Video

Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon