reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ali məktəblər nə vaxt açılacaq? - Nazir AÇIQLADI

reklam

Ali məktəblər nə vaxt açılacaq? - Nazir AÇIQLADI


“Fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, növbəti qərarlar yoluxma statistikalarından asılı olaraq baş tutacaq:

"Növbəti iki həftə ərzində V-IX siniflərin və ali təhsil müəssisələrində qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsi nəzərdə tutulub".

Nazir qeyd edib ki, metronun açılması ilə bağlı qərar verilərsə, sözügedən qərarların verilməsinə şərait yarada bilər:

"Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir".


Paylaş:


Müəllif : Tarix:
22-01-2021, 12:37
Sikayət   


loading...
Загрузка...