reklam
Regionxeberlericom.az » Cəmiyyət » DOST İş Mərkəzi vətəndaşın şikayətinə CAVAB VERDİ

reklam

DOST İş Mərkəzi vətəndaşın şikayətinə CAVAB VERDİ


Bir neçə gün əvvəl DİA.AZ-da yer alan Saatlı rayon sakini Ülkər Əliyevanın şikayətinə Dost İş Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramilə Məmmədli münasibət bildirib. Dia.az-a açıqlamasında şöbə müdiri aşğıdakıları deyib:

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 04 aprel 2020-ci il tarixində təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən məşğulluq və sosial rifaha dəstək məqsədilə işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi üçün 2 aylıq müddətə əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur.

İşsiz kimi vətəndaş Əliyeva Ülkərin qeydiyyata alınmağı ilə bağlı etdiyi müraciətinə qanunvericiliyə uyğun olaraq baxılıb. Vətəndaş Saatlı rayon Məşğulluq Mərkəzindən verilən göndərişə əsasən DOST İş Mərkəzi tərəfindən həyata keçrilən “İşsizin DOST”u proqramı çərçivəsində işsiz və ya işaxtaran şəxslərə təklif olunan haqqı ödənilən ictimai işlər üzrə vakansiyaya yönəldilmişdir. 18.04.2020-ci il tarixində onunla DOST İş Mərkəzi arasında əmək müqaviləsi bağlanılmışdır.Vətəndaş Saatlı rayonu Kommunal Müəsisələri Kombinatında ictimai işçi qismində öz istəyinə uyğun təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmışdir.

Vətəndaşa 20.04.2020-ci il tarixində “Kapital Bank” ASC-də əməkhaqqı kartı sifariş verilmişdir.

Bildiririk ki, ictimai işçilərin əməkhaqları təhkim olunduqları icraçı qurum Saatlı rayonu Kommunal Müəsisələr kombinatı tərəfindən DOST İş Mərkəzinə təqdim edilən davamiyyət cədvəlinə (tabelə) əsasən ödənilir. Yuxarıda qeyd edilən “Tədbirlər Planı”na əsasən 18.06.2020 -ci il tarixində qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

Vətəndaş Ülkər Əliyevanın yenidən Dost İş Mərkəzində işlə təmin olunmasını istəyirsə yerli Məşğulluq mərkəzinə müraciət edə bilər. Bu halda onun yenidən işlə təmin olunması məsələsinə yenidən baxılacaqdır.


Paylaş:


Müəllif : Tarix:
14-01-2021, 12:51
Sikayət   


loading...
Загрузка...