“Qəbələ” futbol akademiyası maliyyə problemlərinə görə bağlanır

“Qəbələ” Futbol Akademiyası fəaliyyətini dayandıracaq.
Bu barədə klubun instaqram hesabı paylaşım edib.
Paylaşımda akademiyanın maliyyə çətinliklərinə görə bu durumla üz-üzə qaldığını açıqlanıb.
“2005-ci ildən etibarən fəaliyyət göstərən “Qəbələ” Futbol Akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırmış, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynayıb. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə verib. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən
“Qəbələ” Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir.
Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk. “Qəbələ” Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək”.
Qeyd edək ki, Bəhlul Mustafazadə, Elvin Camalov, Amin Seydiyev və s. bir çox azərbaycanlı futbolçular məhz bu akademiyanın yetirməsidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2025, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video