Təbiətə 63 min manatlıq ziyan vurulub

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında 5 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2025, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video