Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.
"Azərbaycan müəllimi” xəbər verir ki, buna səbəb direktorun şagirdin attestatına yanlış qiymət yazması olub.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətlərində texniki səhv edilib:
“Şagirdin illik qiymətləri jurnaldan DİM-in “Şagird-məzun” sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib. Sonradan qiymətlərə sistemdə düzəliş edilib.
Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim olunub. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb”, - deyə məlumatda qeyd olunub
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2025, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video