Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum etdi - Foto

Göygöldə çağırışa gedən təcili tibbi yardım maşınına hücum olunub.
Hadisə şəhərin Əliağa Şıxlınski küçəsində qeydə alınıb.
Çağırışa gedən təcili tibbi yardım briqadası xəstə yaxınları tərəfindən təzyiqə məruz qalıb.
Təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb. İlkin məlumata görə, xəstənin yaxınları təcili tibbi yardım briqadasının gecikdiyini iddia ediblər.
Həkim isə çağırışa zamanında gəldiklərini, çağırışdan 6 dəqiqə sonra ünvana çatdıqlarını bildirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Göygöl Rayon Polis Şöbəsinə rayon ərazisində təcili tibbi yardım avtomobilinə zərər yetirilməsi ilə bağlı məlumat daxil olub:
“Daxil olan məlumat əsasında aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, vəfat edən şəxsin yaxın qohumu olan qadın təcili tibbi yardım avtomobilinə daşla zərər vurub. Hadisənin təfərrüatları araşdırılır, müvafiq hüquqi qiymət verilməsi üçün tədbirlər görülür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2025, 22:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaricdə təhsil FIRILDAĞI: “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” – “İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video