reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabahın hava proqnozu açıqlandı

reklam

Sabahın hava proqnozu açıqlandı

















Azərbaycan ərazisində iyunun 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
19-06-2025, 12:39
Sikayət   


loading...
Загрузка...